banner
banner

Gündəm

Əkrəm Əylisli sərbəst buraxıldı

Əkrəm Əylisli sərbəst buraxıldı

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılan yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.

Cia.az xəbər verir ki, bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında hava limanında saxlanılıb: "Kitab tədbirində gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa relsə yola salın, etmədilər”.

“Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: “Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.

Qeyd edək ki, Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.