Aparıcı Ömür Gedik müğənni Bülənt Ərsoyla “kürk” qalmaqalına yeni açıqlama verib. Ərsoyu təbii xəz isitfadə etməkdə günahlandıran aparıcı qarşı tərəfin qəzəbinə tuş gəlmişdi. B.Ərsoy “dedektiv tutmuşam, Ömürü izləyəcək. Heç yerdə ət xörəkləri yeməyib, dəri ayaqqabı geyinməməlidir” demişdi. Məsələ ilə bağlı Ömür bunları söyləyib: “Dedektiv, deyəsən, işindən çıxıb. Yəqin bir şey tapa bilmədiyi üçün mən onu görmədim”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.