“Coca Cola” şirkəti Ajda Pekkana reklama çəkilmək üçün 2 milyon lirə (təxminən 1 milyon manat) pul təklif edib. Daha əvvəl firmanın reklamında müğənni Özcan Dənizlə Sıla çəkilmişdilər. Təxminən bir aydır Ajdanı yeni reklamda çəkilməyə razı salmağa çalışan şirkət rəsmiləri nəhayət “hə” cavabını alıblar.
Xatırladaq ki, Özcan Dəniz daha əvvəlki reklamdan 1,5 milyon, Sıla isə 700 min lirə almışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.