banner
banner

Gündəm

Bu gecə cəbhədə yaralanan gənc qəzada öldü

Bu gecə cəbhədə yaralanan gənc qəzada öldü

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndində bir nəfər ölüb digəri isə ağır yaralanıb.

Cia.az xəbər verir ki, bu barədə azvision.az-a Tərtər rayon Qarağacı kəndinin icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, kənddə yerləşən bələdiyyə binasında məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun idarə etdiyi avtomobil artilieriya atəşinə məruz qalıb:

“Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Cəlal Rəhimovun “Vaz 2107” markalı avtomobilinin yanına mərmi düşüb. Avtomobilin içərisində olan Orxan Rəhimov partlayış nəticəsində hər iki ayağını itirib.

O, bildirb ki, ayaqlarını itirən O.Rəhimov bu gün xəstəxanaya aparılan zaman təcili yardım avtomobili yol qəzasına düşüb: “Orxan Rəhimov Bərdə rayon Mərkəzi xəstəxanasına aparılan zaman təcili yardım avtomobili minik avtmobili ilə toqquşub. Ayaqlarını itirmiş Orxan Rəhimov da qəza zamanı həyatını itirib. İndi onun cənazəsi rayona aparılır”

Onun əmisi Cəlal Rəhimov isə ağır bədən xəsarəti alıb. Hazırda həkimlər onu müalicə edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.