banner
banner

Sosİal

Atəş xəttindən son xəbər - İcra başçılarından açıqlama

Atəş xəttindən son xəbər -

Cəbhə xəttindəki rayonlarda həyat normal şəkildə davam edir. 

Ağdam və Tərtər rayonlarının icra başçıları “Qafqazinfo”ya açıqlamasında belə deyiblər.

Ağdamın İcra başçısı Raqub Məmmədov bildirib ki, dünən müəyyən mülki obyektlərə zərər dəysə də, bu gün rayonda tam sakitlik hökm sürür: “Bildiyimiz kimi, dünən Ağdamda bir ev, məktəb binası dağılmışdı. İnsan tələfatı yoxdur. Bu gün isə sakitlikdir, şəhərdə hər hansı bir gərginlik yoxdur. Qadınlar və uşaqlar da öz evlərindədir. Demək olar ki, əhali tam öz yerindədir”.

Tərtərin icra başçısı Müstəqim Məmmədov də hazırda rayon ərazisində sakitlik olduğunu, hər hansi bir panikanın yaranmaması gərəkdiyini söyləyib: “Rayonda həyat normal şəkildə davam edir, Tərtərdə artıq sakitlikdi. Axşamdan bir-iki cəbhə xəttində problem var idi, ancaq tez aradan qaldırıldı. Əhali adi həyatına davam edir, müəssisələr işləyir. Yayılmış panikalara uymaq lazım deyil. Qadınlarla uşaqlar da rayondadır, məktəb, dövlət və qeyri-dövlət müəssisələri hazırda normal şəkildə fəaliyyət göstərir”.

Füzuli rayonunun icra başçısı Alı Alıyev isə şəhid dəfnində olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.