banner
banner

Sosİal

Mərkəzi Qan Bankının rəhbəri: “Ehtiyatımız var, müraciət etsinlər”

Mərkəzi Qan Bankının rəhbəri:

Sosial şəbəkələrdə cəbhədəki gərginliklə bağlı yaralılara qan lazım olduğu ilə bağlı paylaşımlar edilir.

Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva virtualaz.org saytına açıqlamasında bildirib ki, bu gün daha 100 nəfər üçün ehtiyat qan göndərilib: “Naftalan şəhər xəstəxanasında müalicə alan yaralı üçün mənfi qan istənildi. Mərkəzə müraciət daxil olan kimi qan göndərildi. Hətta ehtiyat qan da göndərmişik. Ola bilər ki, bu yaralının qohumları müraciət ediblər”.

Mərkəz rəhbəri həm mənfi, həm də müsbət qan qrupları üzrə ehtiyat qanın olduğunu deyir: “Qan ehtiyatımız var. Bu gün 100 vahid qan göndərmişik. Səhiyyə Nazirliyi də vəziyyəti nəzarətdə saxlayır. İstənilən qan qrupu üzrə ehtiyacı olanlar bizim mərkəzə müraciət etsinlər”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.