banner
banner

Gündəm

Ermənilər FHN-in əməkdaşını güllələdi - 2 yaralı da var

Ermənilər FHN-in əməkdaşını güllələdi -

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.
Cia.az APA-ya istinadən xəbər verir ki, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub.
O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərsindən yaralanıb.
Qarın boşluğundan xəsarət almış A. Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

***

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha  2 dinc sakini yaralanıb. 

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar. 

Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.