Müğənni Röya Ayxan dekabrın 19-u, 20-si və 21-də baş tutacaq solo konsertində sevənlərinə sürpriz hazırlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Xəyanət” adlı yeni mahnısını və ona çəkdirdiyi klipi həmin gün təqdim edəcək.
Bu haqda sosial şəbəkədə yazan Röya konsertə biletlərin qurtardığını da bildirib: “Çox yorğunam, amma ayın 19-u, 20-si, 21-də sizdən aldığım enerji ilə “Xəyanət” adlı mahnımı və klipi təqdim edəcəm. Çox məyus oldum, eşitdim ki, artıq kassalarda bilet qalmayıb. Gələ bilməyənlərin yuxusuna girib oxuyaram. Radiolarda hədiyyə edilən biletlər imkanı olmayan pərəstişkarlar üçün ayrılmışdı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.