banner
banner

Gündəm

Ermənilər Fransada aksiya keçirəcək - Azərbaycana qarşı təxribat davam edir

Ermənilər Fransada aksiya keçirəcək -
Erməni lobbisi Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlərini davam etdirir. 
AzNews.az xəbər verir ki, cəbhədə böyük məğlubiyyətə uğrayan ermənilər Fransada Azərbaycana qarşı nümayiş keçirməyə hazırlaşırlar. Məlumata görə, nümayişin aprelin 9-da Paris və Lion şəhərlərində keçirilməsi planlaşdırılır. Bununla bağlı sosial şəbəkələrdə səhifələr yaradılaraq ermənilərə çağırışlar edilir.
Xatırladaq ki, aprelin 2-dən başlayaraq Azərbaycan Ermənistan təmas xəttində gərginlik artıb. Ermənistanın həyata keçirdiyi təxribatçı hücumun qarşısı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən uğurla alınıb. Düşmən ordusu böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan tərəfi bir sıra starteji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Hazırda Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.