banner
banner

Gündəm

Şəhid hərbçimiz Bərdədə dəfn olundu - FOTOLAR

Şəhid hərbçimiz Bərdədə dəfn olundu -

Cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlu böyüyüb boya-başa çatdığı Bərdə şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları və gənclər iştirak edib.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, Azərbaycan ordusunun son günlər cəbhədə qazandığı uğurlardan bəhs ediblər. Bildirilib ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası qüdrətli ordumuz tərəfindən düşməndən alınır.

Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhidin müəllimi Tofiqə Məmmədova, atası Niyazi Həsənov çıxış edərək, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi Bərdə Şəhidlər qəbiristanlığında əsgəri ənənələrə uyğun yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib. (AzərTac)

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.