Rusiyanın Rostov-Don şəhərində yaşayan həmvətənlərimiz adından “Yeni Müsavat” qəzeti və musavat.com-a müraciət ünvanlanıb. Müraciətdə soydaşlarımız üzləşdikləri problemin həllinə yardım istəyirlər.
Müraciətdə deyilir: “Biz - Rostov-Don şəhərində yaşayan həmvətənlər problemimizə və onun həlli üçün tədbir görülməsinə diqqət ayrılmasını xahiş edirİk. Məsələ ondadır ki, artıq 5 ildir AZAL aviaşirkəti dəfələrlə Bakı-Rostov-Don-Bakı reysini bərpa edib və təxirə salıb. Hər dəfə də bu reysin bağlanması bizə böyük narahatlıqlar yaradır. Biz problemlə bağlı dəfələrlə Bakıya müraciətlər eləmiş, məktublar yazmış, imzalar toplamışıq. Ancaq nəticə olmayıb”.
Müraciətdə daha sonra deyilir: “Diqqəti həm də ona yönəltmək istəyirik ki, Bakıdan savayı, demək olar, MDB-nin bütün ölkələrinə Rostov-Dondan birbaşa təyyarə reysi var. Bu problemə hələ də diqqət yetirilməməsi qəlbən bizə toxunur, bizə ağır gəlir. Hətta reys bərpa da olsa, çox uzun çəkmir və az sonra hansısa səbəbdən ölkəmizə uçuşlar dayandırılır.
Diqqəti həmçinin ona yönəltmək istəyirik ki, ötən il yüksək səviyyədə keçirilmiş Avropa Oyunlarından sonra yerli əhali arasında Vətənimizə baş çəkmək istəyənlərin sayı hədsiz artıb. Ancaq təəssüf ki, onların heç də hamısı istəyinə çata bilmir, nədən ki, 2015-ci il sentyabrın 1-dən adıçəkilən reys bağlanıb və Bakı ilə Rostov arasında dəmir yolu əlaqəsi də kəsilib. Bakıya getmək üçün ən yaxın şəhər Mineralnıe Vodıdır, ancaq yolun uzaqlığı səbəbindən bundan da həmişə hamı istifadə eləmir.
Bir çox adamlar Azərbaycan və Rusiyada ortaq biznes qurub, əksəriyyətin Azərbaycanda ailələri, yaşlı və ya xəstə valideynləri var və s. Bütün bunlar isə daima qarşılıqlı səfər zərurəti yaradır. Axı hər həftə avtobus və avtomobillərlə yol qət eləmək olduqca uzun prosedurdur, insandan böyük zaman və əziyyət tələb edir, biznes işində fasilələrə, nəticə etibarilə ziyanlara gətirir, söhbət xəstə və ölüm ayağında olan qohumlardan gedirsə, bəzən hətta fəlakətli nəticələrə səbəb olur".
Sonda həmvətənlərimiz bir daha acizanə şəkildə xahiş edirlər ki, onların problemi diqqətdən kənarda qalmasın və adıçəkilən təyyarə reysinin bərpası yönündə lazımi tədbirlər görülsün.
Ümidi edək ki, AZAL soydaşlarımızın müraciətini cavabsız qoymayacaq.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.