Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada çıxışı zamanı ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar hallarının cüzi də olsa artdığını bildirib.
Belə ki, 2013-cü ildə bu göstərici 415 nəfər idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olub. K.Talıbovanın sözlərinə uşaqlar arasında intihar hallarının statistik göstəricisi isə 2013-cü ildə 18 idisə, keçən il bu say 29 olub. K.Turabova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, bu, kişilər arasında tamamlanmış intihar hallarının iki dəfə daha çox olması deməkdir. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddinin 18-35 olduğunu qeyd edən K. Talıbova bunun psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması ilə əlaqəli ola biləcəyini deyib.
Ümumiyyətlə son bir il ərzində özünü yandıraraq intihar etmə, yüksəklikdən atma hallarının xüsusən artdığını görürük. İntihar hallarının artmasını inkişaf etmiş texnologiya ilə əlaqələndirənlər də az deyil. Belə ki, insanların artıq bir-birini dinləməməsi, canlı ünsiyyətdən çox virtual ünsiyyətə üstünlük verməsi də insanların içinə qapanıqlığına, reallıqdan uzaqlaşmağına gətirib çıxarır ki, bunun da sonu əksər hallarda faciəli nəticələnir.
Maraqlıdır intiharların il keçdikcə artmasına səbəb sadaladığımız amillər ola bilərmi? Yoxsa səbəblər tamamilə başqadır?
Psixoloq Elnur Rüstəmov bunun bir çox səbəbləri olduğunu bildirdi: “Hər il Ümumdünya Səhiyyə Təşkilatının hesabatları çıxır. O hesabatlarda psixoloji problemlərin miqyasının genişləndiyi qeyd olunur. Hətta öncə psixoloji pozuntu hesab olunan xəstəliklər zaman keçdikcə normaya çevrilir. Tutaq ki, illər öncə homoseksualizm psixoloji pozuntu kimi qəbul olunurdusa, bu gün onu psixoloji pozuntu siyahısından çıxardıblar. Bunun kimi digər xəstəliklər də sonradan normaya çevrilib . Nəzərə almaq lazımdır ki, bu psixoloji problemlər birbaşa insanın yaşam tərzinə təsir göstərir. İntihar edənlər daha çox depressiyada olan insanlardır. ÜST hesabatında göstərirdi ki, depressiyanın törəmə problemlərindən biri də ümidsiz vəziyyətdə olan insanın intihara meyl etməsidir. Bundan başqa ailədaxili komfliktlər də buna təsir edir.
İntihara həmçinin narkotik maddələrdən, alkoqol vasitələrindən asılılıq səbəb olur. Hətta intihar edən insanların içərisində internetdən asılı vəziyyətdə olanlar da var. Yeniyetmənin şəxsi həyatında problemlər olanda intihar halları ortaya çıxır. Əgər insanın özü ilə problemi varsa, yaxınları ilə söhbət edə bilər. Yox, əgər onlar problemi olan şəxsi başa düşmürsə, həmin şəxs problemləri ilə bağlı mütəxəssisə müraciət etməlidir.
Yaxınları bir insanda intihar meyilliliyi görürlərsə ona dəstək olmağa, kömək göstərməyə çalışmalıdırlar. Çünki intihar etmək istəyən insan bir dəfəyə intiharı həyata keçirmir. İntihar edənlərin statistikasına baxsaq görərik ki, onlar bu addımı atmazdan əvvəl bir-iki dəfə fikir bildiriblər”.
Psixoloq intiharlara gətirib çıxaran bir səbəbin də insanların bir-birinə yadlaşması ilə əlaqədar olduğunu dedi: “İnsanlar canlı ünsiyyətdən qaçırlar. Bir-birlərinə özgələşirlər. texnologiya inkişaf etdikcə insanlar arasında real ünsiyyət pozulmağa başlayır və həmin ünsiyyəti artıq texnika, texnologiya həyata keçirir. İnsanlar bir-birinə biganədir. Diqqət etsək görərik ki, psixoloqların cəmiyyətdə işi 20-ci əsrin sonlarından artmağa başladı. Yəni, texnologiya inkişaf etdikdən sonra. Əvvəllər insanlar ailələri oturub ünsiyyət qurur, bir-birlərinin problemlərindən vaxtında xəbər tuturdular. Canlı ünsiyyətə daha çox üstünlük vermək lazımdır”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.