İsveçin paytaxtı Stokholmda keçiriləcək “Eurovision- 2016” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Səmra Rəhimli bu dəfə İsrailə yola düşəcək. Bir müddət əvvəl promo turlara başlayan müğənni bu dəfə mahnısını orada tanıdacaq. O, İsrail Turizm və xarici işlər nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “İsrael Calling” adlı konsertdə çıxış edəcək. S.Rəhimli ilə birlikdə digər ölkələrin “Eurovision 2016” təmsilçiləri də Təl-Əvivdə mahnılarını səsləndirəcəklər.
Qeyd edək ki, “Eurovision 2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək. Müsabiqədə Azərbaycan “Miracle” kompozisiyası ilə təmsil olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.