banner
banner

Dünya

Venesuelada həftə sonu tətili üç gün oldu

Venesuelada həftə sonu tətili üç gün oldu
Venesuelanın prezidenti Nikolas Maduri enerji qənaəti məqsədilə işçilərə iki ay boyunca cümə günlərini də tətil elan edib. 
Maduro dövlət televiziyası vasitəsilə etdiyi çıxışda bildirib ki, 8 apreldən etibarən aprel və may ayları boyunca cümə günü də həftə sonu tətilinə əlavə edilsin. Bununla da Venesuelada həftə sonları daha uzun olacaq və ölkə enerjiyə maksimum qənaət edəcək.

Venesuela prezidenti deyib ki, bu, əslində 60 günlük plandır və ölkənin ən riskli və çətin dönəmi geridə qoymasına imkan verəcək. O, ailələri və gəncləri plana həssaslıqla və məntiqli şəkildə uymağa çağırıb. Yeni sistemin dövlət və özəl sektora necə təsir edəcəyinə dair detallı məlumat verilməyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.