|
Bu gün Avropa Liqasında 1/4 finalın ilk oyunlarına start verilib. 1/4 finalın hər dörd oyunu bu axşam baş tutub. "Qəbələ" ilə eyni qrupda mübarizə aparmış "Borussiya" (Dortmund) öz meydanında "Liverpul"u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) isə evdə "Sevilya"nı sınağa çəkib və rəqibinə 1:2 hesabı ilə uduzub. Qeyd edək ki, 1/4 finalın cavab görüşləri bir həftə sonra keçiriləcək. 7 aprel Avropa Liqası, 1/4 finalın ilk oyunları 23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2 23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə) - 1:1 Cia.az
|


