19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunları davam edir.
Bu gün millimiz mübarizə apardığı 1-ci qrupda ikinci oyununa çıxıb. Patrisiya Qonzalesin komandası meydan sahibi olan İrlandiya yığması ilə qarşılaşıb. Komandamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, millimiz ilk oyunda Polşa ilə qolsuz heç-heçə edib.
Turun digər oyununda Almaniya Polşa ilə üz-üzə gələcək. 7 aprel
Avropa çempionatın elit-raundu, I qrup, II tur 22:30. İrlandiya – Azərbaycan - 3:0 Qollar: Roma Maklaugli, 15 (1:0), Hayley Nolan, 60-pen (2:0), Niamh Prior, 71 (3:0) Baş hakim: Ana Miniç (Serbiya) Dublin. “Tallagt” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.