“Star”da yayımlanan “Möhtəşəm yüz il: Kösəm” serialında I Əhməd rolunu canlandıran aktyor Ekin Koç növbəti mövsümdə layihəni tərk edəcək. Tarixi gedişata uyğun olaraq onun yerinə I Mustafa gələcək. Bu rolu isə aktyor Engin Akyürekin canlandıracağı deyilir. Ekin Koç seriyabaşına 25 min lirə (təxminən 12 min 500 manat) alırdısa, Engin roluna görə 50 min lirə (təxminən 25 min manat) qonorar alacaq. Artıq Enginlə müqavilə də imzalanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.