banner
banner

Sağlamlıq

Cücərmiş kartofu tullamayın - Müalicəvi resept

Cücərmiş kartofu tullamayın -

Yazda kartof cücərir, yaşıllaşır. Belə kartofu tullamağa tələsməyin. Bu kartofdan çox effektli təbii müalicəvi vasitələr hazırlamaq olar

Cia.az saglamolun.az-a istinadən bildirir ki, cücərmiş kartofun tərkibində çoxlu miqdarda "salonin" adlı alkaloid toplanır. Salonin zəhərli maddədir, bu səbəbdən cücərmiş və xüsusilə də yaşıl kartofu yemək olmaz. Lakin salonin güclü iltihabəleyhinə və ağrısızlaşdıran təsirlərə malikdir. Bu səbəbdən cücərmiş və yaşıl kartof xalq təbabətində müalicəvi vasitə kimi geniş istifadə olunur.

Reseptlər

1. 1 ovuc kartof cücərtilərinin üzərinə 1 stəkan araq tökün və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Alınmış tinktura müxtəlif ağrılar (bel, əzələ, oynaqlar və s.) zamanı çox yaxşı müalicəvi təsir edir.

Tinkturanı ağrıyan yerə çəkin və yun şal və ya şərflə bağlayın. Bu proseduranı axşam yatmazdan əvvəl etmək daha yaxşıdır.

2. Yaşıl kartofu yaxşı yuyun (qabıqlarını soymaq lazım deyil), sürtgəcdən keçirin, qazana qoyun, üzərinə çıxana qədər qaynar su tökün və bir qədər qızdırın (qaynatmaq olmaz). Alınmış kütləni qalın pambıq parçaya qoyun və kompres şəklində ağrıyan yerə qoyub digər parça ilə bərkidin və yun şərflə sarıyın.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.