|
"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos mövsümün sonunda komandadan ayrıla bilər. Qol.az-ın "Corriere Dello Sport"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Çelsi"nin maraq dairəsinə düşüb. Yeni mövsümdən London təmsilçisini çalışdıracaq Antonio Konte Ramosu komandasında görmək istəyir. 30 yaşlı futbolçunun mövsümün sonunda hansı qərarı verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, cari mövsüm "Real"ın heyətində La Liqada 19 oyun keçirən Ramos 2 dəfə rəqib qapısına yol tapıb. Cia.az
|


