|
İtaliya A seriyası təmsilçisi "Palermo" baş məşqçisi Valter Novellinonu istefaya göndərib. Ölkə çempionatında "Latsio"ya məğlubiyyətdən sonra klub rəhbərliyi 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib. Bu, "Palermo"da bu mövsüm 8-ci baş məşqçi istefası olub. Qeyd edək ki, "Palermo"nu klubun sabiq baş məşqçisi David Ballardinin çalışdıracağı gözlənilir. Cia.az
|


