banner
banner

Sosİal

Salyanda təhlükəli bəndlərin bərpasına başlanılıb

Salyanda təhlükəli bəndlərin bərpasına başlanılıb
Salyan rayonunda Kür daşqınları zamanı daim təhlükəli olan bəndlərin yenidən bərpasına başlanılıb.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin verdiyi məlumata görə, 2010-cu il Kür daşqınlarından sonra Kür-Araz çayları boyunca yeni ölçülərə uyğun 900 km-ə yaxın mühafizə bəndi vurulub.
 
"Lakin o vaxt Salyan şəhər ərazisindən keçən mühafizə bəndlərinin 4 km hissəsində bu işləri görmək mümkün olmayıb. Fərdi yaşayış evləri, tikililər bəndin mühafizə zolağında yerləşdiyindən, bəndvurma işlərinin aparılması üçün tikinti şirkətlərinə şərait yaradılmayıb", - deyə E.Nuriyev bildirib.
 
Onun sözlərinə görə, bu ilin yaz-yay daşqınlarına hazırlıq ərəfəsində təhlükəni aradan qaldırmaq məqsədi ilə həmin ərazidə yaşayan əhali arasında izahat işləri aparıldıqdan sonra bəndlərin bərpasına başlanılıb.
 
"Qısa müddətdə xeyli işlər görülüb. Belə ki, eni 2-3 metr olan köhnə mühafizə bəndləri enliləşdirilərək 7-8 metrə çatdırılıb. Həmin bəndin artıq 1 km-i yenidən bərpa edilərək hazırlıq vəziyyətinə gətirilib", - deyə o qeyd edib.
 
Bəndbərpa işləri başa çatdıqdan sonra növbəti daşqınlar zamanı şəhər əhalisi üçün elə də ciddi təhlükə yaranmayacaq.
 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.