Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunla daha iki yarımfinalçının adı bəlli olacaq.
Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edəcək. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilir.
Digər oyun Portuqaliyada baş tutacaq. Burada “Benfika” “Bavariya”nı qəbul edəcək. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Buna görə də bu cütün mərhələ adlamaq şansları da bərabərdir.
13 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0 Qol: Qrizmann, 36 (1:0), 88-pen. İlk oyun - 1:2
22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2 Qollar: Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2) İlk oyun - 0:1 12 aprel
22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0 Qol: De Bruyne, 76 İlk oyun - 2:2
22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0 Qollar: Ronaldo, 16 (1:0), 17 (2:0), 77 İlk oyun - 0:2
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.