banner
banner

Sosİal

Azərbaycanda 9144 şagird evdə təhsil alır

Azərbaycanda 9144 şagird evdə təhsil alır
"Sağlamlıq imkanları məhdud olan şagirdlər "Psixoloji-tibbi pedoqoji komissiya"nın qərarı əsasında evdə təhsilə cəlb olunub". 
Musavat.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov jurnalistlər üçün keçirilən təlimdə bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu barədə 9 adda hüquqi normativ sənəd qəbul olunub:
 
"Hazırda 9144 sağlamlıq imkanları məhdud şagird evlərdə təhsil alır. Hər bir şəhər və rayon məktəblərinin nəzdində komissiyalar fəaliyyət göstərir. Sağlamlıq məhdudiyyəti olan şagirdlər üçün iki, Bakıda və Sumqayıtda məktəblər var. Gözdən əlil şagirdlər üçün isə yalnız bir internat məktəbi fəaliyyət göstərir. Yerlərdə bu cür şagirdlər üçün tələb olunan pedaqoqlar az olduğundan onlar yalnız bu internat məktəbinə cəlb olunur, təhsil alırlar". 
 
Əhliyyət Adıgözəlov  bildirib ki, ötən illərə nisbətən sağlamlıq imkanları məhdud şagirdlərin sayında azalma müşahidə olunur. 
 
Nazirlik rəsmisi onu da vurğulayıb ki, evdə təhsil, sağlamlıq imkanları məhdud olan sinif şagirdləri imtahanlardan azad olur:
"Nazirlər Kabinetinin 29.04.2002-ci il tarixli "Psixoloji-tibbi pedoqoji komissiya"  haqqında qa nuna əsasən sağlamlıq imkanları məhdud şagirdlər 9-cu və 11-ci sinif buraxılış imtahanlarından azad edilir. Onların attestatlarına illik qiymətlər yazılır. Əqli cəhətdən qüsurlu uşaqlar isə yalnız 9-cu sinfə qədər təhsil alır".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.