banner
banner

Sosİal

Tərtər atəşkəsdən sonra - FOTOLAR

Tərtər atəşkəsdən sonra -

Erməni hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulmasına baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir. Tikinti, abadlıq və quruculuq işləri aparılır, yaşıllıqlar salınır, infrastruktur layihələri həyata keçirilir.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir. Şəhərinin H.Əliyev prospektinə, F.Qulami, Ş.Qurbanov. R.Mürsəlov, E.Hüseynov küçələrinə, həmçinin Tərtərdən Şıxarx qəsəbəsinə gedən yola asfalt-beton örtüyü salınır. Şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları və daxili hissələri suvanıb rənglənir.

Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın salınması üçün hazırlıq işləri aparılır. Artıq parkın salınacağı ərazi təmizlənib, hamarlanıb, buradan keçən yüksək gərginlikli elektrik xətti ərazidən kənarlaşdırılıb.

Rayonda ekoloji tarazlığın qorunması da diqqət mərkəzindədir. Tərtər-Bərdə, Tərtər-Ağdam və Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, şəhərin prospekt və küçələrində müxtəlif növ ağac, gül və bəzək kolları əkilir.

Tərtər atəşkəsdən sonra -  Fotolar
Tərtər atəşkəsdən sonra -  Fotolar
Tərtər atəşkəsdən sonra -  Fotolar
Tərtər atəşkəsdən sonra -  Fotolar
Tərtər atəşkəsdən sonra -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.