Bakıda biabırçılıq - “iPhone”a görə intihar etmək istədi
Bakıda təxminən 40-42 yaşlarında kişi intihar edəcəyini bildirir.
Cia.az musavat.com-a istinadən xəbər verir ki, sərxoş kişi Babək prospektində özünü tunelə atacağı ilə hədələyir. O, telefonunun ekranının sındığını deyir və yeni "iPhone" istəyir.
Hadisə yerinə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmağa çalışırlar.
***
İntihara cəhd edən 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu xilas edilib.
O, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində bildirib ki, Bazarstore marketinin mühafizəçiləri ilə mübahisə edib və mühafizəçilərin itələməsi nəticəsində telefonunun ekranı sınıb. Babək prospektində tunelin üstünə çıxan Elçin Quliyev DİN-in 102 xidmətinə zəng edərək, özünü atacağını bildirib. O, yeni telefon tələb edib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.