banner
banner

Sosİal

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
Bu gün Bakının Yasamal, Sabunçu, Xəzər, Xətai, həmçinin Abşeron  rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv olunması, yaşayış massivinin ərazisindən keçən qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar, aprelin 22-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai  rayonunun Nobel və Xocalı prospektləri Y. Səfərov, S. Vəzirov, N. Rəfiyev, A. Cəlilov küçələrində, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.