Bu gün piylənmə bir çox insanların problemidir və bundan canlarını qurtarmaq üçün bir sıra üsullardan istifadə edirlər. Ancaq piylənməni yaradan səbəbləri bir çox insanlar nəzərə almır.
Cia.az xəbər verir ki, məsələyə münasibət bildirən həkim-dietoloq Nərgiz Nəzirova Trend-ə deyib ki, əgər əvvəllər piylənmə orta yaşlı nəsildən başlayırdısa, indi piylənmə gənc yaşlardan da başlayır.
Onun sözlərinə görə, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Deyirlər ki, "əvvəllər babalarımız bir qoyun yeyirdi, kökəlmirdi". Bəli, doğrudur. Əvvəl çox kalorili yeməklər yeyirdilər, ancaq kökəlmə yox idi. Ona görə ki, indi əlavə qidalar çoxdur - əlavə souslar, ziyanlı qazlı içkilər".
Həkim-dietoloq deyib ki, piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir: "İndi demək olar ki, bir ailədə bir neçə maşın var. Avtomobillə işə gedib-gəlirlər, yəni çox az hərəkət edirlər. İşdə oturaq vəziyyət, evdə oturaq vəziyyət. Ona görə də hərəkətsizlikdən piylənmə əmələ gəlir. Stressin də rolu var. Elə orqanizm var ki, stress keçirdikdən sonra arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".
N.Nəzirova əlavə edib ki, piylənmə insan orqanizminə çox böyük ziyan vurur: "Birinci növbədə daxili orqanlar piylənməyə başlayır. Nəticədə onurğa problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır. Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli aşağı salır".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.