banner
banner

Dünya

İstanbulda dərnəyə bombalı hücum edilib

İstanbulda dərnəyə bombalı hücum edilib
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən dərnəklərdən birinə bombalı hücum olub. Hadisə Baxçalıevlər rayonu Zəfər məhəlləsindəki Baharistan küçəsində baş verib.
Üzü bağlı naməlum şəxs həmin ünvanda yerləşən “Malatya Pütürge Kəndləri İctimai Yardımlaşma və Həmrəylik” dərnəyinin ofisinə partlayıcı qurğu atıb. Ofisdə partlayış baş verib dərnək üzvləri arasında çaxnaşma yaranıb. 
Hadisə yerinə dərhal polis cəlb edilib. Ətrafda təhlükəsizlik tədbirlərini gücləndirən polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hadisə anında ofisdə olan şəxs hücum vaxtı içəridə 16 nəfər olduğunu, 1 nəfərin yüngül xəsarət aldığını deyib: “Qapını açaraq salam verdi, o anda partlayış baş verdi. Hamımız sağa-sola qaçışdıq. Nə baş verdiyini başa düşmədik. 16 nəfər idik, bir nəfər üzündən yüngül xəsarət aldı. Çox şükür başqa bir şey olmadı.”  
Polis hadisəni törədənlərin ələ keçirilməsi istiqamətində əməliyyatlara başlayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.