1 May tarixindən etibarən respublika ərazisində avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib. Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.
Cia.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir:
"2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır".
Şöbə rəisi əlavə edib ki, avtomobillərdə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir:
"Bəzi sürücülər standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edirlər. Bir daha deyirəm ki, icazə, yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.