"Aşk lafdan anlamaz” serialı ilə tezliklə ekrana dönəcək gənc aktrisa Hande Erçel çəkilişlərə başlamadan öncə istirahətə qərar verib. Gözəl aktrisa Bodruma üz tutub. Bundan öncə isə o, “Güneşin kızları" serialının finalı bitən kimi yorğunluğunu Tailandın Phuket Adasında çıxarıb. “Aşk lafdan anlamaz”ın hazırlıqları üçün bu günlərdə heyətlə görüşən Hande yenidən Bodruma üz tutub. Ona verilən qısa zamanın dadını çıxaran aktrisa istirahət fotolarını sosial şəbəkədə paylaşıb.
O, Bodrum istirahətinə qardaşı və yaxın dostları ilə birlikdə yollanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.