Kolumbiyada hökumətə qarşı çıxan FARK (Kolumbiya İnqılabi Sılahlı Qüvvələri) qruplaşması ilk dəfə təktərəfli şəkildə müddətsiz atəşkəs elan edib. ANS PRESS-in məlumatına görə, atəşkəs dekabrın 20-dən etibarən qüvvəyə minəcək.
Kolumbiya rəhbərliyi qərarı alqışladığını bildirib. Lakin hələlik tərəflər arasında olan bəzi ziddiyətli məsələlər öz həllini tapmayıb, ki bu da atəşkəsin kövrək olduğunu göstərir. FARK üsyançıları atəşkəs rejiminin müstəqil komissiya tərəfindən müşadə olunmasını təklif etsə də, hökumət bu şərtlə razılaşmayıb. Üsyançılar hücuma məruz qalacaqları təqdirdə, atəşkəsi ləğv edəcəkləri barədə də xəbərdarlıq edib.
Rəsmi Boqota üsyançıların tamamilə tərksilah olmasını və döyüşlərdə zərərçəkənlərə kompensasiya verilməsini tələb edir.
1964-cü ildə formalaşdırılan kommunist rejim sosial bərabərlik və ədalət naminə mübarizə apardığını iddia edir. Amerika və Avropa FARK-ı terrorçu təşkilat elan edib və qruplaşma üzvlərini, eyni zamanda, narkomafiya təşkilatı olmaqda təqsirləndirir.
Tərəflər 2012-ci ildən Kubanın vasitəçiliyi ilə sülh danışıqlarına başlayıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.