banner
banner

Dünya

Ted Kruz ABŞ prezidentliyi uğrunda mübarizədən çəkilib

Ted Kruz ABŞ prezidentliyi uğrunda mübarizədən çəkilib
Texas ştatının senator Ted Kruz İndiana ştatındakı ilkin seçimlərdə məğlub olduqdan sonra artıq Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizə aparmayacağını bildirib.
"Report" BBC-yə istinadən xəbər verir ki, T.Kruz "artıq qələbəyə gedən yolum bağlıdır" deməklə fikrini çatdırıb.
 
Qeyd edək ki, T.Kruz milyarder Donald Trampın əsas rəqibi idi. Onun mübarizədən çəkilməsi isə o deməkdir ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd məsələsində D.Trampı artıq praktiki olaraq mütləq qalib saymaq olar.
 
Eyni zamanda, ABŞ telekanallarının hesablamalarına görə, Vermont ştatının senatoru Berni Sanders Demokratlar partiyasının İndiana ştatındakı praymerizində Hillari Klintonu üstələyir. Səslərin təxminən 70%-nin hesablanması ilə B.Sanders keçmiş dövlət katibini 7% bəndi qabaqlayır.
 
Amma bu ilkin seçimdəki qələbənin B.Sandersi Demokratlar partiyasından ABŞ prerzidenti olmağa namizəd kimi seçilməsinə yardım edəcəyi ehtimalı çox aşağıdır. Çünki H.Klintona çatmaq praktiki olaraq qeyri-mümkün görünür.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.