Burun qanaması hər kəsin həyatında yaşaya biləcəyi bir haldır. Bu zaman adətən ilk görülən iş başı geriyə sallamaqdır. Lakin türkiyəli burun-boğaz həkimi Mustafa Avcu bunun yanlış addım olduğunu deyir. Aİle.lent.az bununla bağlı həkimin fikirlərini çatdırır
Həkim bildirir ki, uşaq, gənc və yeniyetmələrdə daha çox ön burun qanamaları, orta və irəli yaşlardakı insanlarda arxa burun qanamaları olur. Allergiya, infeksiya və ya burun daxili quruluq hallarında, burun qurdalandıqda, qüvvətli burun ifrazı gəldikdə, qanama - laxtalanma pozğunluğu, aspirin və bənzəri dərman istifadəsi, yüksək təzyiq, burunun orta hissəsində əyrilik, qəza və zərbə, baş və üz yaralanmaları, şiş, kor-koranə dərman istifadəsi qanamaların başlıca səbəbləri arasında ola bilər. Burun qanamasına səhv müdaxilə isə qanın azalması əvəzinə daha da şiddətlənməsinə səbəb olur: “Həyəcan və təlaş burun qanamasını şiddətləndirə bilər. Əvvəlcə qanaması olan və müdaxilə edən adamın sakit olması lazımdır. Həyəcan və çaxnaşma vəziyyətində təzyiq yüksələ və qanama şiddətlənə bilər. Ən çox qanamalar burnun ön qismində olur. Qanamalarda başı geriyə sallamaq və yatmaq düzgün deyil. Başı yüngülcə önə əyərək buruna təzyiq etmək lazımdır”.
İnsanlar arasında çox zaman qanama anında burnun üst sümüklü qisminə təzyiq edilir. Bu da səhvdir: “Burnun alt yumşaq qisminə, yalnız qanayan tərəfi deyil, hər iki tərəfi baş və işarə barmağı ilə mümkün qədər sıxıb təzyiq etmək lazımdır. Bu təzyiq əməliyyatı ən az 3 dəqiqə olmalı, ancaq ideal olaraq 5 dəqiqə davam etdirilməlidir”.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.