32 yaşlı Terri Ann Nunns adlı qadını çəki atmaq yalnız cəzbedici və özünə qüvənən biri etmədi. Nunns özünün kilo vermə üsulu ilə pul qazanaraq zəngin olub. Gənc qadın bundan 11 il əvvəl 2005-ci ildə əkiz uşaqlarını dünyaya gətirir. Lakin uşaqlarından biri dünyaya gəldikdən sonra həyatını itirir və qadın dərdini unutmaq üçün özünü yeməyə verir. Bir müddət sonra üçüncü uşağı dünyaya gəlir. Körpə hələ 11 aylıq olarkən həyat yoldaşı ondan ayrılır. Boşandıqdan sonra daha da kilo alan 2 uşaq anası çətin günlər keçirməyə başlayır. 1 il ərzində 44 kilo çəki alan Terri Ann Nunns, 2011-ci ildə ikinci həyat yoldaşı Maykl ilə tanış olur və arıqlamağa qərar verir. Pəhriz, fitness üzərində geniş tədqiqat aparan Nunns, pəhrizində daha uğurlu olub, ideal bədən formasına sahib olur. Bunu biznesə çevirməyə qərar verən Terri, bunun sayəsində ildə 2 milyon dollardan çox pul qazanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.