Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova oktyabrın 5-də vətənə qayıdır.
Axşam.az-ın məlumatına görə, sənətçi media nümayəndələri və sevənləri ilə görüşəcək.
Belə ki, Oksana həmin gün klipini təqdim edəcək, Hindistandakı qalibiyyəti ilə bağlı sualları cavablandıracaq. Rəqqasə bu haqda sosial şəbəkədə yazıb: “Dostlar, sizinlə görüşüm oktyabrın 8-də saat 15:00-da baş tutacaq. Park Bulvarın "Cinema" zalında olacaq tədbirdə “Eşq” adlı klipimi də təqdim edəcəm. Düşünürəm ki, çox gözəl söhbətlərimiz olacaq. Hindistanla bağlı bütün suallarınıza cavab verəcəm. Mənim tələbələrim də orda olacaq. Yeni klipimi dünyasını dəyişən tələbəm Gülarə Həsənliyə həsr edirəm”. Qeyd edək ki, O.Rəsulova Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” şousunun qalibi olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.