banner
banner

Şou

Pınar Altuğ: "Boşanmırıq"

Pınar Altuğ: "Boşanmırıq"

Uzun müddətdir ekranlardan uzaq olan aktrisa Pınar Altuğ "Kanal D"də yayımlanan "Rengli Sayfalar" proqramında qonaq olub.

Aktrisa ictimaiyyətin onunla bağlı maraq etdiyi bəzi məqamlara toxunub və suallara cəsarətlə cavab verib:

"Fotoşəkillərimə fotoşop tətbiq edəcək qədər səbrli deyiləm. Sıxıntılı biriyəm. Yaşımı heç bir zaman gizlətməmişəm. Özümə yaxşı baxıram və yaşıma görə, yaxşı qaldığımı düşünürəm. Pul kisəm, əl kremim və mobil telefonum yanımdan heç əskik olmur. Makiyaj çantası daşımıram. Mənə "kilo aldın" deyəndə, "hə almışam, nə olsun" deyirəm. O zaman çox təəccüblənirlər. Yemək yeyən adamam, idman etməsəm mümkün deyil, kökələrəm. Özümü sevməməyə başladığım zamanlar, pəhrizimi saxlayıb, formaya girərəm. Hərdən özüm-özümə deyirəm ki, model olarkən yaxşı, amma indi niyə zəif olmaq məcburiyyətindəyəm? Mən model deyiləm. "Çocuklar duymasın"da Meltem obrazını canlandırarkən 5 kilo, ya 10 kilo artıq olsaydım nə olardı?

"Boşanmırsız?" bu sualı çox verirlər. Cavabım budur, boşanmırıq. Həyat yoldaşım sosial media ilə əlaqəsi olmayan, maqazin xəbərlərini izləməyən bir adamdır. Onun şirkətinin sosial media hesablarına da mən nəzarət edirəm. Evlilik müqaviləsi bağlamadıq. Aramızda 9 yaş fərq var. Heç vaxt gizlətməmişik bunu, hamıya bəlli etmişik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.