banner
banner

İdman

“Sevilya” ardıcıl 3-ci dəfə Avropa Liqasının qalibi olub

“Sevilya” ardıcıl 3-ci dəfə Avropa Liqasının qalibi olub
UEFA Avropa Liqasında final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, həledici oyunda “Liverpul”u məğlub edən “Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində çempionluq sevinci yaşayıb.
Son 10 ildə 5-ci dəfə finala yüksələn Əndəlüslülər çətin sınaqdan bu dəfə də üzüağ çıxıblar. Unay Emerinin yetirmələri hesabda geri düşsələr də, əsl xarakter göstərərək ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə əsas mükafata yiyələniblər.
Hesabı Staricin vurduğu baxımlı qolla ispanlar açıblar. İlk hissə mersisaydlıların minimalhesablı üstünlüyü ilə başa çatıb. İkinci yarı başlayan kimi Qameyro status-kvonu bərpa edib. Bu komanda üçün inam mənbəyi olub.
Daha sonra kapitan Kokenin iki qolu artıq qalibiyyətə şübhə yeri qoymayıb.
Qeyd edək ki, ispan klubu Avroliqanın qalibi olmaqla yanaşı gələn mövsüm üçün Çempionlar Liqasında mübarizə aparmağa da haqq qazanıb. “Liverpul” isə Avrokuboklarda çıxış etmək üçün əlinə düşən son şansdan da yararlana bilməyib.
Avropa Liqası
Final
18 may
 
“Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya) - 1:3
Qol: Staric, 35 - Qameyro, 46, Koke, 64, 69
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.