İş adamı Alp Özcanla eşq yaşayan aktrisa Meryem Uzerlinin ailə həyatı quracağı barədə dedi-qodular yayılmağa başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zaman birlikdə olduğu Can Ateş tərəfindən hamilə olduğu dövrdə tərk edilən aktrisanın sağlamlığında problemlər yaranmışdı. "Muhteşem Yüzyıl" serialından xəstəliyini bəhanə edərək ayrılan Meryem Almaniyaya qayıdıb və körpəsini orada dünyaya gətirməyə qərar verir.
3 il sonra "Gecenin kraliçesi" seriyalı üçün Türkiyəyə geri qayıdan aktrisa ekran həyatında əvvəlki uğuruna qayıda bilmir. Bu zaman iş adamı Alp Özcanla tanış olan Uzerlinin üzü məhəbbətdə güldü. Bir müddətdir birlikdə olan cütlüyün münasibətinin evliliyə doğru getdiyi söylənilir.
Ötən həftə rol aldığı "Anamın Yaras"ı filminin Kann Film Festivalında nümayişi üçün Fransaya gedən aktrisanı azyaşlı qızı Lara və sevgilisi tək buraxmayıb. Məryəm qısa işgüzar səfərini daha sonra tətilə çevirərək, zamanını qızı və sevgilisi ilə birlikdə keçirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.