Adı tikdirdiyi məktəblərlə xeyriyyəçi kimi hallanan türkiyəli müğənni Gülben Ergen bu dəfə əsgərləri unutmayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Nusaybinə yola düşərək, terror əməliyyatlarına cəlb olunan əsgərlərlə görüşüb. Onlara ruh yüksəkliyi verən G.Ergen eyni zamanda yeməklərinə də qonaq olub. Ziyarəti başa çatandan sonra bəzi təbəqələrdən təhdid aldığını deyən sənətçi cavabını twitter səhifəsindən verib: "Nusaybinə səfərimlə bağlı müsahibəmə reaksiya verib, təhqir və təhdidlər yağdıran dostlar! Mən ölkəmə 34-cü məktəbimi açıb, təslim etməklə məşğulam. Bəs siz?".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.