Türkiyəli müğənni Sıla "Afitap" mahnısının sözləri ilə bağlı oğurluq iddiasına münasibət bildirib.
Ötən gecə dostları ilə görüşən sənətçi, müxbirlərin suallarını da cavablandırıb. Sıla ittihamları əsassız sayaraq bunları deyib:
"Dostlar, belə bir məhkəmə iddiası yoxdur. Düşünürəm ki, xəbəri yayan insanın canı sıxılıb, belə bir addım atıb. Biz mahnının söz müəllifi ilə qarşılıqlı imza atıb, məsələni həll etdik. Pul verdik, imzaları atdıq və qarşınızdayam".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.