Mayın 23-24-də İstanbulda keçiriləcək Birinci Beynəlxalq Humanitar Forumuna dəvət almış Rusiya prezidenti Vladimir Putin Türkiyəyə getməkdən imtina edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu İstanbul səfərinin Putinin iş qrafikində nəzərdə tutulmaması ilə əlaqələndiurib. “Rusiya tədbirdə başqa səviyyədə təmsil olunacaq”, - Peskov əlavə edib.
“Sadəcə olaraq, prezidentin iş qrafikində bu səfər nəzərdə tutulmayıb, təəssüf ki, qrafikdə bu səfərə yer yoxdur, buna görə də, Rusiya başqa səviyyədə təmsil olunacaq”, - jurnalistin Putinin İstanbuldakı foruma qatılıb-qatılmayacağı ilə bağlı sualına Peskov belə cavab verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.