banner
banner

Dünya

Ukraynadan Türkiyəyə uçan təyyarədə bomba həyəcanı - 128 SƏRNİŞİN TƏXLİYƏ OLUNDU

Ukraynadan Türkiyəyə uçan təyyarədə bomba həyəcanı -

Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, 128 sərnişin təxliyyə plunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.

"Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb" - deyə Xalkov vilayətinin milli polisinin məlumatında deyilir.

Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayır, hadisə şahidlərini sorğu-sual edirlər.

Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28 havaya qalxıb.

xatırladaq ki, oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb. Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.

Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.

Bundan sonra sərnişinlər təyyarədən təxliyyə edilib. Təhlükəsizlik xidməti əməkdaşları təyyarədə axtarış aparsalar da şübhəli heç nə aşkar etməyiblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.