Donald Tramp seçki öncəsi mütəmadi iştirak etdiyi təşviqat mitinqlərindən birində kütləvi etirazlarla qarşılaşıb. Hadisə ABŞ-ın Nyu-Meksika ştatında yerləşən Albukerk şəhərində baş verib.
ANS PRESS-in "CNN"ə istinadən verdiyi məlumata görə, milyarder namizəd Tramp Albukerkdə seçicilər tərəfindən "isti" qarşılanıb. Etirazçılar Donald əleyhinə siqnal fişəngləri yandırıb. Onlarla etirazçı ötən gün boyunca polislərin barikadalarına qarşı gəlib, onlara alışqan maddələr atıb.
Etirazların Vaşınqtondakı ilkin seçimlərin başlaması səbəbin olduğunu söylənilir. Aksiyalarda iştirak edənlər "Tramp əsl amerikalıların düşmənidir", "Amerikanı geriyə aparma" və başqa bu kimi şüarlarla namizədə olan münasibətlərini nümayiş etdiriblər.
ABŞ-ın Nebraska və Vest Virciniya ştatlarında növbəti praymerizlər keçirilib. İlkin seçki nəticələrinə görə, Demokratlar Partiyasından prezidentliyə namizdə Berni Sanders 51.1 faiz səs toplayaraq yeganə rəqibi keçmiş dövlət katibi Hillari Klinton üzərində qələbə qazanıb. Vermont ştatından olan yəhudi əsilli senatorun eyni zamanda Nebraska səsvermə nəticələrinə görə qalib gələcəyi gözlənilir.
Ümumi nəticələrə, yəni deleqat sayına görə Klinton irəli olsa da bundan öncə tərəfdarları qarşısında çıxışında “Sanders sonuncu səsverməyə kimi mübarizə aparacağını” bildirib. 19 ştatda praymeriz və koukus, yəni qapalı səsvermənin qalibi olduğunu bildirən Sanders seçki kampaniyasına Demokratik cəbhənin vahid namizədliyini qazanmaq məqsədilə qoşulduğunu bildirib. O, vahid namizəd seçilməyəcəyi təqdirdə Demokratlar Partiyasında “həmrəyliyin, birliyin” olmasına çalışacağını deyib.
“Dövlət katibi Klintonla çox sayda fikir ayrılıqlarımız var, yalnız bir məsələdə ortaq məxrəcə gəlmişik, Donald Trampı məğlub etməyə borcluyuq”, - deyə Sanders bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.