banner
banner

Dünya

Ermənilərin ən çox qaçdığı ölkə

Ermənilərin ən çox qaçdığı ölkə

Erməni gənclərinin 15%-i ölkəni tərk edəcəyindən tam əmindir və 7%-i artıq əmək miqrasiyası istiqamətində addımlar atıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Armenianreport” portalının bu gün dərc etdiyi məqalədə bildirilir. Ermənistan iki qeyri-hökumət təşkilatı (QHT) tərəfindən 1577 gənc (59% kişi və 41% qadın) arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəyi soruşulanların 92%-i Rusiyada işləməyə üstünlük verdiyini bildirib. Ermənistanı tərk edəcəyini deyənlərin 61%-i oğlan, 39%-i isə qızdır.

2014-cü ilin noyabr ayına olan vəziyyətə görə, Rusiyada 514.5 min Ermənistan vətəndaşı var. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan vətəndaşlarının 431 min nəfərinin yaşı 18-59 arasında dəyişir.

Ermənistan gənclərini Rusiyaya getməyə meylləndirən məsələ yanvarın 1-dən bu ölkədə Ermənistan vətəndaşları üçün tətbiq edilən güzəştlərdir. Bu ölkənin vətəndaşları ilk 30 gün ərzində müvəqqəti qeydiyyat məcburiyyətindən azad ediliblər və iş icazəsi olmadan işləyə biləcəklər. Erməni miqrantların Rusiyada qalmaq icazəsi də 150 günə qaldırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.