banner
banner

İdman

“Qarabağ” azarkeşləri və polis arasında insident

“Qarabağ” azarkeşləri və polis arasında insident

Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə Azərbaycan kubokunun “Qarabağ” və “Neftçi” klubları arasında keçirilən final görüşündən sonra polislərlə azarkeşlər arasında insident qeydə alınıb.

Matçdan sonra qələbəni qeyd edən “Qarabağ”ın oyunçuları formalarını çıxararaq, “İmarət” azarkeş qrupunun yer aldığı 6-cı sektora atıblar və bu zaman azarkeşlər arasında gərginlik yaşanıb.

Azarkeşlərini sakitləşdirməyə çalışan polis əməkdaşları onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Azarkeşlərin sosial şəbəkələrdə yaydığı məlumata görə, hadisədən sonra klubun prezidenti Tahir Gözəl Travmatologiya xəstəxanasına baş çəkərək, azarkeşlərin vəziyyəti ilə maraqlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov oxu.az-a bildirib ki, oyundan sonra polislərlə azarkeşlər arasında gərginliyin yaranması haqqında yayılan məlumatlar yalandır.

Öz növbəsində apasport.az-a açıqlama verən “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib ki, klub prezidenti Tahir Gözəl məsələ ilə bağlı lazımi görüşləri gerçəkləşdirəcək: “Əgər ortada bir günahkar varsa və bu tapılsa, tədbir görüləcək”.

Əmrah Çəlikəl məsələni sonuna qədər araşdıracaqlarını deyib: “Bildiyimə görə, bu dəqiqə xəstəxanada azarkeşimiz olmamalıdır. Dünən gecə saatlarında 2 xəstənin olduğunu öyrəndik və gedib hər ikisinə baş çəkdik. Polisdə də azarkeşimiz olmamalıdır. Biz hazırda məsələni araşdırırıq, baxırıq, nədi, nə deyil? Əlbəttə, istəmərik ki, kiməsə haqsızlıq edilsin, kimsə haqsız yerə vurulsun. İstənilən halda, polisin azarkeşə qarşı güc tətbiq etməsi doğru deyil. Ümumiyyətlə, insan insana güc tətbiq etməməlidir”.

Əmrah Çəlikəl qeyd edib ki, hadisə ilə bağlı hər kəs özündə ölçü götürməlidir: “Dünyanın hər yerində belə hallar olur. Kimsə istəməzdi ki, bu hadisə yaşansın. Yəqin ki, aidiyyəti olan insanlar özləri üçün bu işlə bağlı ölçü götürəcəklər. Sadəcə, Azərbaycanda deyil, dünyanın hər yerində belə hadisələrə rast gəlirik. Heç kim demir ki, düzgün oldu, gözəl oldu. Təbii ki, xeyr. Kaş ki, olmayaydı. Günahkar varsa, bunun araşdırılması, aşkar olması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oyun “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 120-ci dəqidədə Miçel Madeyra vurub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.