42 yaşlı modelyer Viktoriya Bekhem və həyat yoldaşı, keçmiş futbolçu Devid Bekhem 5-ci uşaq barədə düşünürlər.
Bu barədə Qərb mediası məlumat yayıb. Belə ki, keçmiş "Spice Girls" qrupunun üzvü hələ hamilə olmasa da, bütün işini xüsusi qida rejiminə və idmana həsr edir. O, 5-ci dəfə ana olmaq həvəsinə dostlarının sayəsində düşüb. Ailənin yaxın dostu, aşpaz Qordon Ramzi və həyat yoldaşı Tana 5-ci dəfə valideyn olduqdan sonra Viktoriya və Bekhem də bu barədə düşünməyə başlayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.