Populyar amerikalı aktrisa, model və teleaparıcı Kimora Li Simmons dünən Karib hövzəsindəki Sent-Barts adalarının sahilində, lüks yaxtada istirahətdə olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 39 yaşlı Simmons dördüncü övladına hamilədir.
1998-2009-cu illərdə məşhur prodüser Rassel Simmonsla nikahda olan Kimora Linin bu izdivadan 12 yaşlı Aoki və 14 yaşlı Min adlı iki övladı var. 2007-2013-cü illərdə aktyor Cimon Honsumla qeyri-rəsmi nikahda olan Kimoranın bu izdivacda Kenzo Li Honsu adlı oğlu doğulub.
O, 2013-cü ilin dekabr ayında iş adamı Timoti Leyssnerlə ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.