banner
banner

Şou

“Evdə ata fiquruna ehtiyac yoxdur”

“Evdə ata fiquruna ehtiyac yoxdur”
Uzun fasilədən sonra ekrana qayıdan aparıcı Ece Erken şəxsi həyatı ilə bağlı açıqlama verib.
"Renkli sayfalar" proqramında qonaq olan aparıcı iki uğursuz evliliyndən danışıb: 
"İkinci evliliyimdən olan övladımın dünyaya gəlməyinə peşiman deyiləm. Amma həyat yoldaşımla ər-arvad münasibətinə çoxdan son qoymuşam. Övladını istədiyi vaxt gəlib görə bilir. Amma onu nəinki həyatda, heç fotolarda da görmək istəmirəm”. 
Ece Erken keçmiş həyat yoldaşının evlənmək istəyinə normal baxdığını bildirib. 
Aparıcı “Mənimlə ailə həyatı qurmaq istəyən şəxs öncə övladıma qiymət verməlidir. İlk evləndiyim şəxslə 10 yaş fərqimiz olub. Sevgidə yaş önəmli deyil, birlikdə ömür sürə biliriksə, həyat budur” – deyə bildirib.

Qeyd edək ki, ikinci evliliyə bir ay ərzində qərar verən E.Erken bunun da peşimanlığını yaşadığını bildirərək bunları deyib:

“Əslində evliliyim üç aydan sonra bitəcəkdi. Amma bəzi təzyiqlərə görə evliliyimi davam etdirmək məcburiyyətində qaldım və nəhayət bitdi. Heç kim deyə bilməzki pis anayam. Həyat elə gətirib ki, artıq evdə bir ata fiquruna ehtiyac yoxdur”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.