Səfər Əbiyevlə bağlı ən son xəbər: Bakıda, evindədir...
Sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyev bugünlərdə ölkəni tərk edib. Bu barədə gununsesi.info-ya sabiq nazirə yaxın mənbələr məlumat verib. Məlumatda qeyd olunur ki, Səfər Əbiyev hazırda Almaniyadadır.
Onun Almaniyaya səhhətindəki problemləri yoluna qoymaq üçün getdiyi bildirilir. Yayılan xəbərdə qeyd olunub ki, sabiq nazirin ölkəyə qayıdacağı isə bilinmir.
Xatırladaq ki, bundan əvvəl də sabiq müdafiə nazirinin ölkəni tərk etməsi barədə çeşidli xəbərlər yayılmışdı və az sonra təkzib edilmişdi. S.Əbiyevin barəsində yazılanları sükutla qarşılaması isə şayiələri daha da artırır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu isə modern.az-a açıqlamasında demişdi ki, aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətləri olub: “Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi. Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir...”
Yayılan sonuncu xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün E.Sabiroğlu ilə əlaqə yarada bilmədik.
Deputat Vahid Əhmədov isə bu barədə “Yeni Müsavat”a bildirdi ki, sabiq müdafiə nazirinin hər hansı problemi yoxdur: “Kim nə deyir, nə yazır, yalandır, Səfər Əbiyevin hər hansı bir problemi yoxdur. Mən sonuncu dəfə onunla 20 gün əvvəl danışmışam. Hərdən səhhəti, yaxud digər şəxsi işləri ilə bağlı Türkiyəyə, digər xarici ölkələrə gedib-gəlir”. Deputat sabiq nazirin ölkəyə giriş-çıxışı üçün də hansısa problemin olmadığını vurğuladı.
Bir neçə dəqiqədən sonra V.Əhmədov əməkdaşımıza özü telefon açaraq bunları bildirdi: “Sizinlə danışandan sonra Səfər Əbiyevə zəng etdim. Bakıda, öz evində-eşiyindədir. Yazılanlar da hamısı şayiədir. Səfər Əbiyevin heç bir problemi yoxdur”. (musavat)
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.