Türkiyəli müğənni Demet Akalın həyat yoldaşı Okan Kurtla Bebek səmtində görüntülənib.
Küçədə dondurma yeyən cütlük müxbirlərin suallarını cavablandırıb. Demet bu dəfə özü deyil, həyat yoldaşı haqqında danışıb. Müğənni Okanın "Paramparça" serialında rol alacağı xəbərinə aydınlıq gətirərək bunları deyib:
"Həyat yoldaşım çəkiliş meydançasına ayaq basmamış tükəndi. Yəni, film təklifini qəbul etmədi. Aktyorluq karyerasını başlamadan bitirdi. Özünə deyirəm ki, "aktyorluq sənin nəyinə lazımdır?".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.